Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı

 15:53 14.05.2021     40

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Axar.az Unikal.org-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Nazirin digər əmri ilə onun yerinə polis mayoru Namiq Acalov təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində çalışıb.

Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558667.html