Qarabağın azad olunmasını dəstəklədiyimiz kimi... - Ərdoğan

 16:02 14.05.2021     49

Daha əvvəl Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğaldan azad etmək mübarizəsini hansı həvəslə dəstəkləmişiksə, bu gündə Qüdsdə və Fələstin şəhərlərində yaşanan zülmə qarşı eyni hissiyyatla hərəkətə keçirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünən Türkiyənin Suriya ilə sərhədi boyu yaradılması planlaşdırılan terror koridoruna necə icazə verməmişiksə, bu gün də Əqsa məscidinə uzanan əllərə qarşı çıxırıq. Qüdsdə hadisələr başlayandan bu günə kimi 19 ölkənin prezident və hökumət başçıları ilə telefon əlaqəsi saxladım. Həmin dövlətlərin rəhbərləri ilə bölgədə baş verən hadisələri müzakirə etdik. Bir sözlə problemin həlli üçün Türkiyə səylərini əsirgəmir”, - Ərdoğan bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558666.html