Medvedçuk Putin üçün kimdir? – Kreml açıqladı

 16:11 14.05.2021     50

Putin üçün Medvedçuk kimdir? Putin üçün o, bir çoxlarından fərqli olaraq Rusiya ilə Ukrayna arasında qarşılıqlı faydalı münasibətlərin normallaşdırılmasına sadiq qalan Ukrayna siyasətçilərindən biridir.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Putin və Medvedçuk bir-birilərini tanıyırlar və dəfələrlə görüşüblər.

“Bilirsiz ki, hazırda Medvedçuk öz mövqeyini sözdə deyil, əməldə göstərir, amma yenə də təkrar edirəm, o, Ukrayna siyasətçisi olaraq qalır”, - Peskov bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558658.html