Ermənistan KTMT-yə rəsmi müraciət etdi - Avinyan

 16:20 14.05.2021     56

Ermənistan Sünikdəki (Zəngəzur) vəziyyətlə bağlı KTMT-yə rəsmi müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini vəzifələrini icra edən Tiqran Avinyan deyib.

“Rəsmi olaraq KTMT-yə müraciət ünvanlanıb və baxılması üçün üç günlük müddəti var”, - Avinyan bildirib.

Qeyd edək ki, bu gün KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov RİA-ya açıqlamasında məsələ ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir rəsmi sənədin daxil olmadığını bildirmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558670.html