Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

 16:37 14.05.2021     46

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 328 994 nəfər koronavirusa yoluxub. Onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.

Azərbaycanda son gün ərzində 7 494, hazırkı dövrədək isə 3 368 394 test aparılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558676.html