Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlan​dı

 16:40 14.05.2021     45

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 13 107vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 980nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 739 153təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/948040.html