Bayramov Stefano Sannino ilə danışdı

 17:46 14.05.2021     42

14 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/558694.html