İndoneziya sahillərində güclü zəlzələ olub

 17:52 14.05.2021     54

Mayın 14-də İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İndoneziya Fövqəladə Vəziyyətlərə Nəzarət Agentliyi məlumat yayıb.

Yerli vaxtla 13:33 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Qərbi Niasa əyalətindən 141 kilometr cənub-qərbdə, ocağı 19 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/948037.html