Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb

 18:03 14.05.2021     51

2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 milyon 176,2 min ton, yük dövriyyəsi isə 2 milyard 405,2 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8 faiz və 8,7 faiz azalma müşahidə olunub.

Axar.az xəbər verir ki, yüklərin 5 milyon 636,0 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3 milyon 349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2 milyon 393,9 min tonunu tranzit yüklər təşkil edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/iqtisadiyyat/558702.html