Oksana həyat yoldaşından danışdı: Əfsuslar olsun ki...

 18:02 14.05.2021     44

Hər bir qadının və kişinin həyat yoldaşı onun sirdaşı, anlayanı, dirəyi və qüruru olmalıdır. Onlardan kimsə pis vəziyyətə düşəndə, böhtan qurbanı olsa belə, xəstəlikdən əzab çəksə, ehtiyacı olanda, o birisi yanında olmalıdır!

Publika.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova instaqramda yazıb.

Kişi-qadın münasibətlərindən söz açan aktrisa fikirlərinə belə davam edib: “Məhz ona görə də vəzifə olaraq, o “həyat yoldaşıdır”, həm yaxşı, həm pis gündə... Əfsuslar olsun ki, bunları anlayan çox azdır. İnam və hörmət ən əsas yerdə olmalıdır. Təəssüf ki, qatar gedəndən sonra bunu anlayıb, həzm etmək və vicdan əzabı ilə yaşamaq sonra çətin olur. Allah bizi mehriban etsin, amin".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/356114.html