BMT rəhbərindən İsrail və Fələstinə ÇAĞIRIŞ

 22:17 14.05.2021     61

BMT-nin baş katibi Antoniu Quterreş Fələstini və İsraili döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır.

Publika.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqində bildirib.

"Baş katib bütün tərəfləri Qəzzada və İsraildə döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır", - Dyujarrik deyib.

BMT həmçinin İsrail və Fələstini münaqişənin həllində vasitəçilik yardımı göstərmələrinə icazə verməyə çağırıb.

Stefan Dyujarrikin sözlərinə görə, hərbi əməliyyatlar təhlükəsizlik böhranı ilə yanaşı, humanitar böhrana da səbəb ola və əlavə olaraq bölgədə ekstremizmin daha da artmasına səbəb ola bilər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/356135.html