Artıq çəkidən qurtulmağın ən asan yolu

 22:25 14.05.2021     59

Qışda alınan artıq çəkilərdən tez bir zamanda xilas olmağın ən asan yolu tapılıb.

Milli.Az xəbər verir ki, rusiyalı dietoloq Arina Skoromnaya danışıb. Dietoloqun sözlərinə görə, buna yorucu məşqlərsiz də nail ola bilərsiniz. Bunun üçün gündə ən azı 20 dəqiqə təmiz havada gəzmək lazımdır:

"Sürət saatda beş-yeddi kilometr olmalıdır. Ən yaxşısı 20 dəqiqə və ya bir saat ərzində yoxuşa çıxmaqdır. Kiçik bir təpəyə dırmaşarkən daha çox əzələ gərilir, omba əzələlərinin yükü artır".

Bundan başqa, ekspert təmiz havada və ya fitnes salonunda məşq etməyin vacib olduğunu vurğulayıb. Dietoloq şəhərdə sürətlə gəzməyin avtomobillərdən çıxan qazlar səbəbindən zərərli olduğu barədə xəbərdarlıq edib. Bu vəziyyətdə sıx məşq ürək-damar xəstəlikləri ilə nəticələnə bilər.

Ayaqlarda problem meydana gəlməməsi üçün ayaqqabılara da xüsusi diqqət yetirilməlidir. Qaçış ayaqqabıları gəzmək üçün ən yaxşısıdır. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/947138.html