Psaki: İstər israilli, istərsə də fələstinli...

 22:42 14.05.2021     66

ABŞ Prezidenti Co Bayden İsrailin özünümüdafiə haqqının olduğunu düşünür.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Regionda insan itkisinin olması, uşaqların ölməsi kədərlidir. İstər fələstinli, istərsə də israilli... Yaşananlar faciəvidir. Bunları izləmək qorxuncdur. Bu səbəbdən də gərginliyin azaldılmasına çalışırıq”, - deyə Psaki bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558744.html