Türkiyə Qüdsə sülhməramlılar göndərə bilər

 22:54 14.05.2021     66

Türkiyə öz sülhməramlılarını beynəlxalq hərbi kontingentin tərkibində Şərqi Qüdsə göndərə bilər. Lakin hələ ki, bu barədə parlamentə müvafiq sorğu daxil olmayıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Əhməd Berat Çonkar bildirib.

O qeyd edib ki, hazırda məsələ ilə bağlı İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərlə danışıqlar aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558746.html