Ukraynada hökumət böhranı: 3 nazir istefa verdi

 23:42 14.05.2021     66

Ukraynanın iqtisadi inkişaf naziri İqor Petraşko, səhiyyə naziri Maksim Stepanov və infrastruktur naziri Vladislav Krikli istefa verib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyası məlumat yayıb.

Məlumata görə, hər üç nazirin istefa ərizəsi Ali Radaya daxil olub.

“Xalqın xidmətçisi” partiyasından verilən məlumata görə, istefaya səbəb Ukrayna Prezidenti Vladimir Zelenskinin onların fəaliyyətindən narazı qalmasıdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558757.html