Ukraynada hökümət böhranı - Nazirlər istefa verdi

 23:43 14.05.2021     62

Ukraynanın iqtisadi inkişaf naziri İqor Petraşko, səhiyyə naziri Maksim Stepanov və infrastruktur naziri Vladislav Krikli öz istəkləri ilə istefa ərizəsi yazıblar.

Bu barədə hakim “Xalqın xidmətçisi” partiyasından məlumat verilib.

Məlumata görə, hər üç nazirin istefa ərizəsi Ali Radaya daxil olub. “Xalqın xidmətçisi” partiyasından verilən məlumata görə, istefaya səbəb Ukrayna Prezidentinin onların fəaliyyətindən narazı qalmasıdır.

Mayın 17-də “Xalqın xidmətçisi” fraksiyası yığışaraq hər üç nazirin istefa məsələsinə baxacaq. Mayın 18-də isə bu məsələnin Ali Radanın iclasına çıxarılacağı gözlənilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/356144.html