Çində yeni korona ocağı aşkarlandı

 00:04 15.05.2021     75

Çinin şimal-şərqində yerləşən İnkou şəhərində yeni koronavirus ocağı aşkarlanıb.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə şəhərin Səhiyyə və Gigiyena İdarəsi məlumat yayıb.

Bildirilib ki, İnkouda beş yeni yoluxma halı qeydə alınıb. Xəstələrin üçündə yoluxma əlaməti müşahidə olunmayıb.

Məlumata görə, virusa yoluxanlar eyni müəssisənin əməkdaşlarıdır. Onların əlaqədə olduqları 265 nəfər müəyyən edilib, hazırda həmin şəxslərin yoxlanışı aparılır.

23 milyon əhalisi olan İnkou sakinlərinə şəhəri tərk etməmək barədə xəbərdarlıq edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558759.html