Borrelldən sərhəddəki vəziyyətlə bağlı açıqlama

 00:18 15.05.2021     65

Avropa Birliyi Ermənistan və Azərbaycan arasında sərhəddə baş verən həyəcanverici olayları diqqətlə izləyir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə AB-nin baş diplomatı Jozep Borrellin adından yayılan bəyanatda bildirilib.

“Avropanın xarici siyasət xidmətinin baş katibi Stefano Sannino mənim adımdan ötən gün Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan və bu gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla danışdı, hər iki tərəfi eskalasiya situasiyasını azaltmağa çağırdı”, - Borrellin bəyanatında bildirilib.

“Sərhədin delimitasiya və demarkasiyası danışıqlar yolu ilə və yerli əhalinin təhlükəsizliyinə uyğun həll edilməlidir. Biz texniki baxımdan iki ölkə arasında davam edən əlaqəni alqışlayırıq!” - bəyanatda vurğulanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/558766.html