Koronavirus ömrü qısaldır? - Professor açıqladı

 00:39 15.05.2021     66

İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu koronavirus pandemiyası səbəbiylə bir yarım və iki ilə qədər azalıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Corc Mason Universitetinin professoru Ança Baranova müsahibəsində bildirib.

“Koronavirus xəstəliyinin hər epizodu az da olsa, həyatımızı qısaldır. Bəzi hallarda isə əhəmiyyətli dərəcədə azaldır”, - bioloq vurğulayıb.

Baranova bu qənaətləri ABŞ statistikasına əsaslanaraq verib. Mütəxəssis yekunda COVİD-19-un birdən çox dəfə yoluxa bilən sistemik bir xəstəlik olduğunu xatırladıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558760.html