Blinken və Lavrov nələri müzakirə edəcək?

 01:03 15.05.2021     79

ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov İslandiyanın paytaxtı Reykyavikdə Arktika Şurasının iclasında prezidentlərin mümkün görüşünün təşkilini müzakirə edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

O bildirib ki, tərəflər ümumilikdə Moskva-Vaşinqton əlaqələrini, strateji stabilliyi və gündəlikdə duran məsələləri müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, iclasın 19-20 may tarixlərində baş tutması gözlənilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558767.html