Damlanı tənqid etdi

 01:22 15.05.2021     62

"Əvvəldən demişəm, efirə tək çıxmağa layiq olanlar bizdən böyüklərdi. Bu gün Aygün Kazımova tək çıxsın. Onun sənəti, özü haqda danışacaq o qədər mövzusu var. Bir gün səhərdən axşama kimi aparıcı bezməz ona sual verməkdən".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Birə-bir" proqramında deyib. Sənətçi həmkarı Damlanın verilişlərə tək çıxma tələbini tənqid edib:

"Damlanın şəxsi işidir, qarışmıram, özü bilər. Damla, niyə tək çıxaq? Bəlkə dörd-beş ildən sonra olar. Mənim üçün də, Damla üçün də bu tezdir. Özümüzü ucuzlaşdırmıram, bizim də etdiklərimiz və sevənlərimiz var. Amma 2 saat efirdə qonaqlarla olanda daha maraqlı keçir. Tək olanda tamaşaçı da bezir".

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/948036.html