Niderland millisinin heyəti açıqlandı - SİYAHI

 04:12 15.05.2021     60

Niderland millisinin AVRO-2020 üçün heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, ilkin heyətdə 34 futbolçu yer alıb.

Niderland AVRO-2020-nin qrupunda Ukrayna, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq. Baş məşqçi Frank de Bur iyunun 1-dək 26 nəfərlik yekun siyahını müəyyənləşdirməlidir.

Qapıçılar: Marko Bizot (“Alkmaar”), Yasper Silessen (“Valensiya”), Tim Krul (“Norviç”), Marten Stekelenburq (“Ayaks”);

Müdafiəçilər: Patrik van Anholt (“Kristal Pelas”), Natan Ake (“Mançester Siti”), Deyli Blind, Yurrien Timber (hər ikisi “Ayaks”), Denzel Damfris (PSV), Hans Hatebur (“Atalanta”), Rik Karsdorp (“Roma”), Mateys de Liqt (“Yuventus”), Cerri Sen Jüst (“Mayns”), Kenni Tete (“Fulhem”), Coel Veltman (“Brayton”), Stefan de Vrey (“İnter”), Donno van de Bek (“Mançester Yunayted”), Ouen Veyndal (“Alkmaar”);

Yarımmüdafiəçilər: Rayan Qravenberx, Devi Klassen (hər ikisi “Ayaks”), Frenki de Yonq (“Barselona”), Ten Kopmeyners (“Alkmaar”), Marten de Ron (“Atalanta”), Tonni Vilyena (“Krasnodar”), Jorjinyo Veynaldum (“Liverpul”), Kuinsi Promes (“Spartak”);

Hücumçular: Stiven Berqeys (“Feyenoord”), Stiven Berqveyn (“Tottenhem”), Anvar El-Qazi (“Aston Villa”), Kodi Qakpo, Doniell Malen (hər ikisi PSV), Lük de Yonq (“Sevilya”), Memfis Depay (“Lion”), Vaut Veqhorst (“Volfsburq”).


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/356152.html