Şəhid olan baş leytenant bu vəzifəli şəxsin qohumudur – FOTO

 22:39 15.05.2021     60

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu bu gün şəhid verib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə'" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığında baş vermiş insident nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu şəhid olub.

Qeyd edək ki, şəhid olan baş leytenant Samir Eyvazov SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun bibisi nəvəsidir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/948198.html