102-ci bazanın bölmələri Zəngəzura atılır - KİV

 22:44 15.05.2021     68

Gümrüdəki 102-ci bazanın qüvvələri Zəngəzur (Sünik və Geqarkunik) mahalına atılır.

Axar.az xəbər verir ki, bu məlumatı “Verelq” saytı öz mənbələrinə istinadən yayıb.

“Çoxları mayın 14-də Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikovun Ermənistana gəldiyini gözdən qaçırdı. O, artıq müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanla görüş keçirib. 102-ci baza Dvornikova tabedir. O, bu bazanın fəaliyyətini koordinasiya edir”.

Qeyd edək ki, 102-ci bazanın Zəngəzurda dayaq məntəqəsinin yaradılması qərarının qəbul edildiyini Nikol Paşinyan bir müddət öncə bəyan etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/558933.html