Porsche hardkor 718 Spyder modelini 4,0-litrlik mühərrikdən məhrum edib - FOTO

 23:01 15.05.2021     70

Porsche şirkəti 718 Spyder modelini 4,0-litrlik atmosfer mühərrikindən məhrum edib - indi eyni adlı versiya adi 2,0-litrlik turbomühərrik ilə satılır. Flaqman modifikasiyasının sadələşdirilməsi Çin bazarı üçün atılmış bir addımdır. Səma İmperiyasında vergilər mühərrikin həcminə əsasən hesablanır, bu səbəbdən dördsilindrli versiyanın kütləvi satışlara nail olmaq şansı daha yüksəkdir.

"Qlobal" Porsche 718 Spyder modeli 420 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 4,0-litrlik altısilindrli mühərriklə təchiz olunur. Güc qurğusu 6-pilləli mexaniki ötürmələr qutusu və ya 7-pilləli PDK "robotu" ilə tandemdə çalışır. Bununla birlikdə, Çində satılan 718 Spyder modeli açıq kuzovlu "qlobal" versiyanı xatırladan fərqli bir avtomobildir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 420 at qüvvəli 4,0-litrlik atmosfer mühərrikini 300 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 2,0-litrllik dördsilindrli oppozit mühərriki ilə əvəzləyən Porsche mühəndisləri sportkarın şassinə toxunmayıblar. Bu səbəbdən də, "çinli" 718 Spyder modeli hündürlüyü 30 millimetr azaldılmış və yeniən tənzimlənmiş asqı sistemi, habelə daha məhsuldar əyləclər ilə özünə bilməz.

Zahiri cəhətdən belə "spaydelər" fərqlənirlər - atmosfer versiyası üçün orijinal kuzov dəsti və fərqli buraxılış sistemi hazırlansa da, Çindəki sportkar 718 GTS versiyasından alınmış bamperlərə və buraxılış sisteminin mərkəzdə yerləşən "cütlənmiş lüləsinə" sahib olub.

Adi 718 Boxster modeli ilə unifikasiya salonda da davam edib: Çində satılan 718 Spyder modeli adi sükan çarxına və robotlaşdırılmış transmissiyanın selektoruna malikdir. Eyni zamanda, turboversiya üçün mexaniki transmissiya nəzərdə tutulmayıb.

Çində satılan Porsche 718 Spyder modeli dinamikası ilə də adi modeldən fərqlənmir: sıfırdan 100 km/saat həddinə sürətlənməyə 4,4 saniyə tələb olunur, maksimal sürət həddi isə 270 km/saatdır. Müqayisə üçün, 4,0-litrlik mühərrik və PDK "robotu" ilə təchiz edilmiş "Spayder" 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir və 300 km/saatlıq maksimal sürət həddinə malikdir.

Bununla birlikdə, Çində 718 Spyder modeli üçün 738 min yuan tələb olunur. Beləliklə, Spayder hətta 350 at qüvvəli 718 Boxster S modelindən (797 min yuandan) belə ucuzdur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/946639.html