Türkiyədə həyat durdu: Çempion kim olacaq?

 23:00 15.05.2021     61

Bu gün axşam Türkiyə Superliqasında çempion müəyyən olunur. Çempionluq istəyən "Beşiktaş" və "Qalatasaray"ın hər birinin 82 xalı var. "Fənərbaxça"nın 79 xalı var və rəqibləri uduzarsa, çempion o ola bilər.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, saat 21:30-da hər üç klub son oyununa çıxıb. "Beşiktaş" İzmirdə "Göztəpə"nin qonağıdır. Hesabı qonaqlar açsa da, meydan sahibləri hesabı bərabərləşdirə biliblər. İlk hissə bu hesabla başa çatıb. "Qalatasaray" isə öz meydanında "H. Y Malatyaspor"la oynayır. Fatih Terimin komandası qalib gəlməklə bərabər, "Beşiktaş"la aralarında olan 2 top fərqini də aradan qaldırmalıdır. İlk hissədə "Qalatasaray" 0:1 hesabı ilə məğlub duruma düşsə də, ikinci hissədə 2 qol vuraraq önə keçə bilib. Oyunlar bu hesabla başa çatsa, "Qalatasaray" çempionluğu bayram edə bilər. "Fənərbaça" da ilk hissədə "Kayserispora" 1:0 uduzur.

Bütün Türkiyə son 45 dəqiqəyə kilidlənmiş durumda. Pandemiyaya baxmayaraq, bir az sonra küçələrdə çempionluq bayramı başlayacağı gözlənilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/558937.html