ABŞ rəsmi nümayəndəsini İsrailə göndərdi

 23:10 15.05.2021     67

ABŞ Dövlət Departamentinin Yaxın Şərq Bürosunun İsrail və Fələstin işləri üzrə katibinin köməkçisinin müavini Hadi Əmr İsrailə gedib.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ-ın İsraildəki Səfirliyi yayıb. Səfərdə əsas məqsədin regionda sülhün bərpasının gücləndirilməsi olduğu bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Cozef Bayden İsrail baş naziri Benyamin Netanyahuya zəng etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558938.html