Qızlarda süd vəzilərin müayinəsi 16 yaşdan başlamalıdır- Həkimdən xəbərdarlıq

 23:25 15.05.2021     68

Rəsmi dünya statistikasına görə, süd vəzi xərçənginin 35% -i 18-35 yaşlı qadınlar qrupunda diaqnoz olunur. Bu ərəfədə simptomsuz gedən xəstəlik azı 6-10 il əvvəldən, yəni qızlarda yeniyetməlik dövründən başlaya bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, artıq bir çox Avropa ölkələri və bu ilin aprel ayından Rusiyada 12-17 yaşlı məktəbli qızların məcburi profilaktik illik tibbi müayinələrinə süd vəzilərinin USM müayinəsinin daxil edilməsi barədə tövsiyyələr rəsmiləşəcək. Həkimlər qızlarda kistlər, mastopatiya və fibroadenoma kimi törəmələrin də yayılmasından narahatdır.

Çox yeniyetmələrdə cinsi yetişkənlik dövründə süd vəzilərində assimmetriya yaranır. Eləcə də gənc qızlarda süd vəzilərində olan hamiləlik izlərinə bənzər dəri izləri də hipotalamo - hipofizar çatışmazlıqdan xəbər verir. Ona görə cinsi yetişkənlik dövrünü keçən məktəbli qızlar ildə bir dəfə mütləq USM olunmalıdır.

Qadınlarda süd vəzi xərçənginin profilaktikası qızlarda 12 yaşından süd vəzilərə və hormonal sistemə ciddi nəzarət olunmaqla başlamalıdır. Çünki getdikcə süd vəzi xərçəngi gəncləşir, hətta 18-19 yaşlı qızlarda şiş xəstəlikləri aşkarlanır.

Ona görə də cinsi hormonal yetişkənlik dövründən etibərən analar qızlarını süd vəzilərinin müayinəsinə ildə 1 dəfə aparmalı və USM olunmalıdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/948128.html