Qasım Süleymani sui-qəsdi: Şok detallar

 23:39 15.05.2021     63

İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Briqadasının keçmiş komandanı Qasım Süleymaniyə qarşı təşkil edilən sui-qəsdin detalları bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Voyennıy Obozrevatel” Teleqram kanalı ABŞ kəşfiyyatının hesabatına əsasən yayıb.

Məlumata görə, əvvəlcə generalın yaxın ətrafına amerikalılar casus proqramlarının quraşdırıldığı mobil telefon yerləşdirə biliblər, amma bu lazımi effekti verməyib. Telefonlar tez-tez dəyişdirildiyi üçün uğur əldə etmək mümkün olmayıb. Bununla belə Süleymaninin təyyarəsinin Bağdada enişinə 6 saat qalmış amerikalılara generalın istifadə etdiyi 3 mobil nömrə verilib. Bu nömrələr dərhal MKİ-nin mütəxəssisləri tərəfindən nəzarətə götürülüb.

Süleymaninin təyyarəsi enməzdən öncə Bağdadın şərq hissəsi təlim adı altında MKİ tərəfindən qapadılıb. Üstəlik, həmin müddət ərzində yerdə 3 “Delta” snayper qrupu işləyib. Operativ məlumatların toplanmasını ən gizli bölmələrdən biri həyata keçirib. Amerikalılara Süleymaninin enişindən sonrakı identifikasiyası məsələsində hava limanı işçisi formasını geyinən kürd xüsusi bölmələrinin əməkdaşları kömək ediblər.

Məhz enişdən az sonra Süleymaninin maşınına Bağdad səmasında olan MQ-9 Reaper PUA-sı zərbə endirib. Eyni karvanda olan başqa avtomobil sürəti artıraraq, qaçmağa cəhd etsə də, snayperlər onu yox ediblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558942.html