Neftçalada ağır qəza: yaralanan var

 23:52 15.05.2021     63

Neftçala şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında, şəhərin 6-cı məhəlləsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı 1995-ci il təvəllüdlü Abbasov Ramil Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558945.html