“Beşiktaş” 16-cı dəfə Türkiyə çempionu oldu

 00:09 16.05.2021     68

Mayın 15-də futbol üzrə Türkiyə çempionatının sonuncu turunda "Beşiktaş" doğma meydanda "Göztəpə"ni qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, bu qələbədən sonra "Beşiktaş" 84 xal toplayaraq 16-cı dəfə Türkiyə Superliqasında çempion olub. Onunla eyni xal toplayan, lakin top fərqinə görə geridə qalan "Qalatasaray" ikinci, 82 xala malik olan "Fənərbağça" isə üçüncü olub.

Superliqanı tərk edən klublar isə "Ərzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/948202.html