Zəngəzurla bağlı yeni görüş - TARİX AÇIQLANDI

 00:00 16.05.2021     58

Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası çərçivəsində aparılan danışıqlar mayın 16-da davam etdiriləcək.

Publika.az xəbər verir ki, bu barədə News.am Ermnistan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, danışıqların saat14:00-da davam etdirilməsi barədə razılıq əldə edilib.

Xatırladaq ki, Sünik (Zəngəzur) mahalının Xndzoresk icması yaxınlığında aparılan danışıqlar mayın 15-də nəticəsiz bitib.

Qeyd edək ki, Ermənistan mediası Azərbaycan Ordusunun dövlət sərhədinin demarkasiyası nəticəsində Gorus istiqamətində 3 kilometr irəlilədiyini yazır.

Bildirək ki, İşıqlı Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/356224.html