Avroviziyanın qalibi supermarketdə işə başladı

 00:44 16.05.2021     76

İrlandiyalı müğənni, Avroviziya musiqi müsabiqəsinin 1993-cü ildəki qalibi Niv Kavana həyat yoldaşının ağır insult keçirməsindən sonra supermarketdə işləməyə başlayıb.

Axar.az xəbər verir ki, Avroviziya qalibinin əri 2018-ci ildə insult keçirib.

Ailəsini saxlamaq üçün müğənni 17 yaşlı oğlu ilə supermarketdə çalışmağa başlayıb:

“Mən və kiçik oğlum eyni işi aldıq. Ona görə ki, biz eyni gündə “Tesco” supermarketində işə qəbul olunmuşduq. Çox əyləncəli idi”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/maqazin/558950.html