İsrail ordusu əmr aldı: Tam hazır olun!

 00:55 16.05.2021     87

İsrail ordusu Qəzza zolağından radikalların hücumuna cavab olaraq bütün mümkün variantlar üzərində işləyir.

Axar.az xəbər verir ki, bu məlumat İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Xayat deyib.

“Hökumət, təhlükəsizlik kabineti orduya əmr verib ki, bütün varaintlara istisnasız tam hazır olsunlar”, – deyə o bildirib.

Xayat həmçinin HƏMAS-ın Qəzza zolağında hərbi infrastrukturuna maksimal zərbə endirilməsi barədə tapşırıq verildiyini deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558951.html