Kolumbiya 8 Venesuela hərbçisini saxladı

 01:06 16.05.2021     62

8 Venesuela hərbçisi Kolumbiya silahlıları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Venesuela Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Kolumbiya-Venesuela sərhədində baş verib.

“Qarşıdurma zamanı 8 hərbçi saxlanılıb. Onların sağ olmaları barədə məlumat almışıq”, - məlumatda qeyd olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558952.html