Cüdo yığmamız Moskvadan gümüş medalla qayıdır

 01:17 16.05.2021     62

Rusiyanın paytaxtı Moskvada usta cüdoçular arasında beynəlxalq turnir keçirilib.

Axar.az xəbər verir ki, 15-ci dəfə təşkil olunan nüfuzlu yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistanla yanaşı, Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar.

1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoşularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar. Finalda meydan sahibləri Rusiya komandasına 2:3 hesabı ilə uduzan milli komanda beynəlxalq turnirin gümüş medalını qazanıb.

Belarus və "RROS Qvardiya" komandaları bürünc medallara sahib olublar. Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/558954.html