Teleqram HƏMAS-ın hərbi qanadının kanalını qapatdı

 01:52 16.05.2021     57

HƏMAS-ın hərbi qanadı olan “Əl Kassam Briqadası”nın rəsmi kanalı Teleqram tərəfindən bloklanıb.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.

Kanalın servisin istifadə qaydalarını pozmağa görə bağlandığı bildirilib.

Qeyd edək ki, məhz bu kanal vasitəsilə qruplaşma öz planları və əməliyyatları barədə məlumatlar yayırdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558961.html