Fələstinin Rusiyadakı səfiri: "Ermənistanla gözəl münasibətimiz var..."

 02:42 16.05.2021     60

"Fələstin Türkiyənin dəstəyini yüksək qiymətləndirir, lakin hazırkı gərginliyi Dağlıq Qarabağdakı vəziyyətlə müqayisə etmək istəmir".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.

"Vəziyyəti Dağlıq Qarabağda baş verənlərlə müqayisə etmək istəməzdik. Ermənistanla, Azərbaycanla gözəl, Türkiyə ilə yaxşı münasibətlərimiz var. Fələstin məsələsində Türkiyənin mövqeyinə minnətdarıq və çox yüksək qiymətləndiririk", - deyə səfir bildirib.

"Biz Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğanın Qüds, Fələstin məsələsi və Fələstinin dəstəklənməsi ilə bağlı bəyanatlarını yüksək qiymətləndiririk. Prezident ərdoğanın istifadə etdiyi müqayisə sadəcə danışıq formasıdır". - deyə diplomat əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə lideri bəyan etmişdi ki, Ankara fələstinliləri əvvəllər Dağlıq Qarabağda Azərbaycanı dəstəklədiyi kimi dəstəkləyir.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/356229.html