Mən Putinin layihəsiyəm - Kadırov

 22:15 17.05.2021     68

Mən Çeçenistan Respublikasının rəhbəriyəm, bizim gerbimiz, bayrağımız var. Mən Putinin piyadası, layihəsiyəm. Əgər o, ən çətin zamanda xalqımı dəstəkləməsəydi, bu gün hər şey başqa cür olardı.

Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Kadırov bildirib ki, Putin ona inanır və fəaliyyəti İslama zidd deyil.

“Mən İslamın qadağan etdiyini edirəm? Din məni belə prezidentə xidmət etməyə çağırır. Əgər sənə məscid tikməyə, dini öyrənməyə icazə verirlərsə, onda sən bu dövləti və prezidenti qorumalısan”, - Kadırov bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/559403.html