Rusiyadan daha bir ZƏNGƏZUR AÇIQLAMASI: "Belə bir istək gəlsə..."

 22:13 17.05.2021     58

"Hər iki dövlətdən belə bir istək gəlsə, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin həllində köməklik göstərəcək"

Publika.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko deyib.

"Əgər belə bir müraciət yalnız tərəflərdən birindən deyil, bütün iştirakçılardan gəlsə, o zaman əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq", - nazir müavini əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan sərhəddəki vəziyyətlə əlaqədar Putindən hərbi yardım istəyib.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/356425.html