Avropa Rusiya vətəndaşlarına qarşı sanksiyaları uzatdı

 00:12 18.05.2021     64

Avropa Birliyi Şurası kibercinayətkarlıqla mübarizədə çərçivəsində Rusiya, Çin və Şimali Koreya vətəndaşlarına qarşı qəbul etdiyi sanksiyaların müddətini 18 may 2022-ci il tarixinə qədər uzadıb.

Axar.az xəbər verir ki, bu barədə AB-nin məlumatında deyilir.

Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər daha bir il müddətinə qüvvədə qalacaq.

Qeyd edək ki, ittifaq kiberhücumlardan dolayı ötən il sözügedən ölkələrin fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/559420.html