Nazir 36 il sonra yenidən İsa Bulağında - FOTO

 00:00 18.05.2021     55

Mədəniyyət naziri Anar Kərimov 36 il öncə Şuşadakı İsa Bulağında çəkdirdiyi fotosunu "Twitter"də paylaşıb.

Publika.az xəbər verir ki, o, paylaşımda Şuşa ilə bağlı təəssüratlarını bölüşüb:

"İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni hədsiz dərəcədə heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa Bulağından su içmək necə də xoşdur. Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin işarəsi olaraq qəlbimizdə qaldı".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/356432.html