Bu, Rusiyanı mühasirəyə almaq strategiyasıdır - Panina

 00:30 18.05.2021     69

Ukrayna, Gürcüstan və Moldovadan ibarət “Assoşeyted Trio”nun yaradılması Rusiyaya qarşı növbəti “sanitar dəhliz” inşa etmək cəhdidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin üzvü Yelena Panina deyib.

“Bu, bədnam "anakonda strategiyası"nın, Rusiyanı düşmən alyansların mühasirəsinə salmaq strategiyasının həyata keçirilməsinin başqa bir nümunəsidir. Əvvəllər bu niyyətə Saakaşvilinin (Gürcüstanın keçmiş prezidenti - red) dövründə GUAM xidmət edirdi”, - Panina bildirib.

Qeyd edək ki, bazar ertəsi Ukrayna, Gürcüstan və Moldova Avropaya inteqrasiya məsələlərində genişləndirilmiş əməkdaşlığın başlanmasına dair memorandum imzalayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/559431.html