"Polat Alemdar" Nagihandan boşandı

 00:31 18.05.2021     61

“Kurtalar Vadisi” serialında "Polat Alemdar" obrazı ilə məşhurlaşan türkiyəli aktyor Necati Şaşmaz həyat yoldaşı Nagihan Şaşmazdan boşanıb.

Publika.az xəbər verir ki, məhkəmə cütlüyün 2 övladının Nagihanda qalmasına və Necatinin uşaqlar üçün ayda 16 min TL (təxminən 3 200 manat) aliment ödəməsi barədə hökm çıxarıb.

Qeyd edək ki, N.Şaşmaz və Nagihan 2012-ci ilin dekabrında ailə qurmuşdu.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin2/356434.html