AFFA bu klubları cərimələdi

 00:51 18.05.2021     58

Ötən gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 26-cı turunun “Keşlə” – “Sumqayıt” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub;

“Keşlə” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub;

Premyer Liqanın 27-ci turunun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/559438.html