Nazir 36 il sonra İsa bulağında - Foto

 01:29 18.05.2021     55

Mədəniyyət naziri Anar Kərimov uşaq vaxtı və bir neçə gün əvvəl “Xarıbülbül” festivalında iştirak edərkən Şuşada, İsa bulağında çəkdirdiyi fotonu paylaşıb.

Axar.az xəbər verir ki, eyni rakursda illər sonra foto çəkdirən nazir Tvitter hesabında olan paylaşımında qeyd edib ki, ilk dəfə Şuşada olarkən şəhərin gözəlliyi onu valeh edib.

“36 ildən sonra yenidən burda olmaq, İsa bulağının müqəddəs suyundan içmək böyük xoşbəxtlikdir. Şuşa həmişə qəlbimizdə mədəni identikliyimizin simvolu olub”- deyə nazir yazıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/559444.html