Rusiya ilə razılığa gəldik - Kalın

 01:39 18.05.2021     66

Görülən tədbirlər nəticə verir. Mümkün qədər qısa müddətdə Rusiya peyvəndinin Türkiyəyə gətirilməsi, turizm mövsümü, uçuşların başlaması və bu istiqamətlərdə prosesin sürətləndirilməsi ilə bağlı atılacaq addımlar barədə razılığa gəldik.

Axar.az xəbər verir ki, bunu Moskvada səfərdə olan Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

"Qarşımızda yaxın bir müddət üçün bir təqvim var. Birlikdə atılacaq addımları yaxından izləyəcəyik", - Kalın qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/559440.html