Yoxsulluğa səbəb olan əməl

 21:50 10.06.2021     42

Yalan danışmaq insanı dünyada və axirətdə İlahi rəhmətdən məhrum edər. İnsanlar arasında etibarı olmaz. Cəmiyyətdə nifaqın yaranmasına səbəb olar və imanını məhv edər.

Yalanın əsil səbəbi - həqarət hissi və özünü alçaq hesab etməkdir.

İmam Səccad (ə) buyurur: "Yalanın kiçiyindən və böyüyündən, ciddisindən və zarafatından çəkinin. Çünki insan nə zaman kiçik şey üçün yalan deyər, böyük yalan demək üçün cürət əldə edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Yalan, ruzini azaldar".

İmam Kazım (ə) buyurur: "Əmanəti əda etmək və doğru danışmaq - ruzini artırar. Xəyanət və yalan danışmaq - yoxsulluq və nifaqa səbəb olar".

İmam Əli (ə) buyurur: "Yalançı öz yalanı ilə üç şey əldə edər. Özünə qarşı - Allahın qəzəbini, insanların - ona təhqirlə baxmasını, mələklərin - o ona qarşı düşmən olmasını".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/955012.html