Azərbaycanda daha bir məhdudiyyət aradan götürüldü - RƏSMİ

 21:48 10.06.2021     41

“Nazirlər Kabineti yanında operativ qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma olub”.

Publika.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, operativ qərargahla məsləhətləşmələr aparılıb və uşaqlarla bağlı 14 yaş məhdudiyyəti aradan götürülüb:

“İnşallah ölkədə koronavirusa yoluxma sayında müsbət dinamika davam etdikcə, digər məhdudiyyətlər də tədricən götürülər”.

Qeyd edək ki, bundan əvvəl ibadət yerlərinə yaşı 14-dən yuxarı olmayan uşaqların gəlməsinə yol verilmirdi.

Xatırladaq ki, bu gündən etibarən dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli qərarına uyğun olaraq, dini ibadət yerlərində eyni vaxtda 50 nəfərdən çox olmamaq şərtilə ibadətlər təşkil edilməlidir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/maraqliinanc/359105.html