Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi

 22:39 10.06.2021     53

Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşına ailə başçısını itirməyə görə pensiya təyin edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

Pensiya təyinatı pilotun iki övladına görə həyata keçirilib.

Qeyd edək ki, polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R.Atakişiyev həlak olub. Nəşi isə avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edilib.

Mayın 7-də R.Atakişiyevə şəhid status verilib.

Pilotun iki oğul övladı yadigar qalıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/955754.html